“Yuventus”un müdafiəçisi Andrea Kambiaso karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, “Mançester Yunayted”in nümayəndələri 26 yaşlı futbolçunun çıxışını yaxından izləyirlər.
Daha əvvəl “Barselona”nın da Kambiasonun transferində maraqlı olduğu bildirilmişdi.
İtaliyalı müdafiəçi 2022-ci ilin yayından “Yuventus”da çıxış edir. Onun Turin təmsilçisi ilə müqaviləsinin müddəti 2029-cu il iyunun sonuna qədərdir. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 15 milyon avro qiymətləndirir.
