Bu dəfə “sükan”ı portuqaliyalıya tapşıra bilər - “Sabah”ın rəqibi

18:40 İtaliya 53
Bu dəfə “sükan”ı portuqaliyalıya tapşıra bilər - “Sabah”ın rəqibi

Serjio Konseysaonun adı yenidən “Napoli” ilə hallanmağa başlayıb.

Sportinfo.az “Foot Mercato”-ya istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Massimiliano Alleqri ilə əməkdaşlıq başa çatacağı təqdirdə, klub prezidenti Aurelio De Laurentisin nəzərdən keçirdiyi namizədlər arasındadır.

“Napoli”nin prezidenti Konseysaonu yüksək qiymətləndirir. Hətta o, daha əvvəl də Neapol təmsilçisinin baş məşqçisi olmağa yaxın olub.

Bununla belə, hazırda tərəflər arasında danışıqların aparıldığına və ya rəsmi təmasların baş tutduğuna dair heç bir təsdiq yoxdur.

“Napoli” UEFA Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda, yanvarın 20-də Azərbaycan çempionu “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti