UEFA Millətlər Liqasının qrup mərhələsində Lixtenşteyn üzərində səfər qələbəsinin (1:0) memarı olan Mahir Emreli Azərbaycan millisinin heyətində 8-ci qolunu vurub.
29 yaşlı hücumçu bununla yığma tarixinin ən məhsuldar 4-cü futbolçusu ünvanına şərik olub.
Aktivində 7 qol olan Branimir Subaşiç, Elvin Məmmədov, Rauf Əliyev və hazırkı komanda yoldaşı Renat Dadaşovu geridə qoyan Emreli 8 qolu olan Dmitri Nazarova çatıb. Mahir 66-cı oyununda bunu reallaşdırıbsa, Nazarova 46 oyun kifayət edib.
Mahir Emreli millidə daha bir qol vursa, 9 dəfə rəqib qapılarına yol tapan Vaqif Cavadova çatacaq.
Yığmanın ən məhsuldar futbolçusu isə aktivində 16 qol olan Emin Mahmudovdur. İkinci sırada 14 topla Qurban Qurbanov qərarlaşıb.
