“Onu Azərbaycan millisinə çağırdılar, İtaliya istedadı itirmək riski ilə üz-üzədir”

00:30 İtaliya 40
“Onu Azərbaycan millisinə çağırdılar, İtaliya istedadı itirmək riski ilə üz-üzədir”

“Samdoriya”nın 18 yaşlı hücumçusu Lorenzo Mezzoteronun Azərbaycan millisinə dəvət alması İtaliya idman mediasında geniş müzakirələrə səbəb olub.

Sportinfo.az xəbər verir ki, B Seriyasında ilk qolunu vuran gənc forvardın əsas yığmamıza çağırılması onun inkişafına verilən müsbət qiymətlə yanaşı, İtaliyanın perspektivli futbolçunu əldən verə biləcəyi barədə müzakirələri də gündəmə gətirib.

“Chiamarsi Bomber” portalının jurnalisti Culio Piras materialını belə adlandırıb: “Mezzotero Azərbaycan millisinə çağırıldı: İtaliya 2008-ci il təvəllüdlü istedadı itirmək riski ilə üz-üzədir”.

Müəllif Azərbaycanın operativ davranmasına diqqət çəkib.

Onun fikrincə, gənc hücumçu İtaliyada hələ geniş auditoriyanın diqqətini cəlb etməyə başladığı vaxt Azərbaycan artıq ona beynəlxalq karyerasında növbəti addımı atmaq imkanı yaradıb.

“Samp News 24” portalı isə daha sərt mövqe ortaya qoyub. Elia Serranı müəllifi olduğu məqalə “İtaliya daha bir istedadı əldən verirmi?” sualı ilə təqdim edilib.

“Mezzotero futbolumuzun başqa bir ölkənin xeyrinə itirdiyi növbəti gənc oyunçudur” - nəşrin materialında bildirilir.

Jurnalist bu vəziyyətin İtaliya futbolunun ikili vətəndaşlığı olan gənc oyunçuları vaxtında aşkar edib öz sıralarına cəlb etmək bacarığı ilə bağlı suallar yaratdığını düşünür.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 16:30 Çək və bizə göndər!
14 Noyabr 12:40 Vur, Mahir, vur! - VİDEO