Birinci Liqanın lideri “Şahdağ Qusar” milli komandaların oyunları ilə əlaqədar yaranmış fasilədə Premyer Liqa təmsilçisi “Şəfa” ilə qarşılaşıb.
Sportinfo.az xəbər verir ki, yoxlama görüşündə Qusar klubu 2:1 hesablı qələbə qazanıb.
Füzuli Məmmədovun rəhbərlik etdiyi komandanın qollarını İdir Butrif və Gülağa Əsədov vurublar.
Qeyd edək ki, “Şahdağ Qusar” Birinci Liqada keçirdiyi yeddi oyundan 18 xal toplayaraq turnir cədvəlinə başçılıq edir. Zaur Həşimovun çalışdırdığı “Şəfa” isə Premyer Liqada 11 turdan sonra beş xalla 11-ci pillədə qərarlaşıb.
Fasilədən sonra Qusar təmsilçisi Birinci Liqada “Gəncəbasar”la, “Şəfa” isə Premyer Liqada “Qəbələ” ilə qarşılaşacaq.
