“Azərbaycanda çıxış etdiyim müddətdə mənə dəstək olan hər kəsə böyük təşəkkürümü bildirirəm”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Keşlə“ (indiki “Şamaxı“) və “Turan Tovuz“un sabiq hücumçusu Natan Oduva deyib.
İngiltərəli legioner hər iki klubun azarkeşlərinə mesaj göndərib:
“Ümid edirəm ki, meydana çıxdığım hər oyunda sizə zövq və sevinc bəxş edə bilmişəm. Xüsusilə “Turan Tovuz”da olduğum müddətdə göstərdiyiniz dəstək mənim üçün çox böyük əhəmiyyət daşıyırdı.
Ümid edirəm ki, müəyyən mənada Azərbaycanda yetişən gənc futbolçulara da ilham verə bilmişəm.
Göstərdiyiniz sevgini və dəstəyi hər zaman yüksək qiymətləndirəcəyəm. Azərbaycan futbolunda əməyi olan hər kəsə gələcəkdə uğurlar arzulayıram“.
