Belçika “Brügge”sinin hücumçusu Nikolo Tresoldi klubundan ayrıla bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, almaniyalı forvardı yanvar transfer dönəmində heyətinə qatmaq istəyən klubların arasına “Milan” da qoşulub.
22 yaşlı futbolçuya La Liqa, İngiltərə Premyer Liqası və Bundesliqa klubları da maraq göstərir.
Tresoldi bu mövsüm Çempionlar Liqasında 5 qol vuraraq, turnirin ən məhsuldar hücumçularından birinə çevrilib. O, ötən ilin yayından Belçika təmsilçisində çıxış edir.
Almaniya millisinin üzvünün “Brügge” ilə müqaviləsinin müddəti 2029-cu ilin iyununun sonuna kimidir. Onun bazar dəyəri 35 milyon avro qiymətləndirilir.
