Ayrılmaq istəyir - Təkcə maliyyə şərtlərinə görə yox

01:30 İtaliya 43
Ayrılmaq istəyir - Təkcə maliyyə şərtlərinə görə yox

“Napoli”nin yarımmüdafiəçisi Andre Zambo Anqissa klubu ilə müqaviləsini yeniləmək niyyətində deyil.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, kamerunlu futbolçunun maliyyə tələbləri klub üçün həddindən artıq yüksək görünür.

Xüsusilə, oyunçunun son iki mövsümdə yaşadığı sağlamlıq problemləri bu qərara təsir edib.

Bununla belə, məsələ təkcə maliyyə şərtləri ilə bağlı deyil. “Napoli”nin heyətdə genişmiqyaslı dəyişikliklər etməyi planlaşdırdığı bildirilir.

Klub rəhbərliyi komandanın son uğurlarında payı olan bir sıra əsas futbolçularla yolları ayırmağı nəzərdən keçirir.

Həmçinin, “Yuventus” Anqissa ilə maraqlanır.

”Napoli” “Sabah”ın Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir. Tərəflər 20 yanvarda, Bakıda qarşı-qarşıya gələcəklər.

Digər Xəbərlər
Xəbər Lenti
11 Noyabr 16:10 Çək və bizə göndər!