“Bayern Münhen”in hücumçusu Harri Keyn İngiltərə milli komandasında keçirdiyi oyun sayına görə yeni rekord müəyyənləşdirib.
Sportinfo.az xəbər verir ki, bu haqda “Squawka” məlumat yayıb.
Millətlər Liqasının 5-ci turunda Xorvatiyaya qarşı keçirilən qarşılaşma Keynin milli komanda heyətindəki 126-cı oyunu olub.
Bununla da o, qapıçı Piter Şiltona məxsus olan əvvəlki rekordu geridə qoyub. Futbolçu meydana bu əlamətdar nailiyyətə həsr olunmuş xüsusi formada çıxıb.
