“Roma”dan icarə əsasında “Bolonya”da çıxış edən hücumçu Artem Dovbik qışda komandanı tərk edə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, ukraynalı forvard komandanın məşqçilər heyətinin əsas planlarına daxil deyil.
Bu səbəbdən, onun yanvarda “Bolonya”dan ayrılaraq müqavilə ilə məxsus olduğu “Roma”ya qayıtması mümkündür.
Dovbik yayda icarə əsasında 2026/27-ci il mövsümünün sonunadək “Bolonya”ya keçib. Onun transfer dəyəri 15 milyon avro qiymətləndirilir.
29 yaşlı hücumçu bu mövsüm İtaliya çempionatında 5 oyuna çıxıb və 1 qol vurub.
