Hakan Çalhanoğlunu heyətinə qatmaq istəyir - “Fənərbaxça”

15:20 İtaliya 41
Hakan Çalhanoğlunu heyətinə qatmaq istəyir - “Fənərbaxça”

“Fənərbaxça” “İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlunu heyətinə qatmaqda maraqlıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Xsports_tv” məlumat yayıb.

Milan təmsilçisi 32 yaşlı futbolçu ilə yeni müqavilənin şərtləri barədə razılığa gələ bilməyəcəyi təqdirdə, onunla qış transfer dönəmində yollarını ayırmağa hazırdır.

Çalhanoğlu 2021-ci ildən “İnter”in formasını geyinir. Tərəflər arasındakı müqavilənin müddəti 2027-ci ilin iyununda başa çatacaq.

Türkiyəli yarımmüdafiəçinin transfer dəyəri 16 milyon avro qiymətləndirilir.

Digər Xəbərlər
Xəbər Lenti