Türkiyəli məşhur aktrisa Cemre Baysel ilə “Beşiktaş”ın futbolçusu Emirhan Topçunun sevgili olduğu iddia edilir.
Sportinfo.az xəbər verir ki, ikilinin sosial şəbəkədə bir-birini izləməyə başlaması yeni münasibət barədə şayiələrin yayılmasına səbəb olub.
İddialara görə, ilk addımı Emirhan Topçu atıb. Futbolçu sosial şəbəkədə Cemre Bayseli izləməyə başlayıb. Qısa müddət sonra aktrisanın da ona qarşılıq verməsi diqqətdən yayınmayıb.
Bundan sonra sosial şəbəkə istifadəçiləri arasında məşhur aktrisa ilə futbolçunun romantik münasibət yaşaya biləcəyi barədə müzakirələr başlayıb.
Lakin nə Cemre Baysel, nə də Emirhan Topçu yayılan iddialara münasibət bildirib. Hazırda onların sevgili olduğunu təsdiqləyən hər hansı rəsmi məlumat yoxdur.


