“Hazırda yeganə problem mərkəz hücumçusu mövqeyidir”

00:20 İtaliya 94
“Hazırda yeganə problem mərkəz hücumçusu mövqeyidir”

İtaliyalı sabiq futbolçu Antonio Kassano “Milan”ın hücum xəttindəki problemlərdən danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, o, həmçinin, “Milan”ın hücumçusu Qonçalo Ramuşla bağlı fikirlərini də bölüşüb:

“Hazırda “Milan”ın yeganə problemi mərkəz hücumçusu mövqeyidir. Ramuş mənim xoşuma gəlir, çox çalışır, amma sonda qol vurmaq lazımdır.

Komanda yoldaşları arasında ona məhsuldar ötürmələr verə biləcək oyunçu yoxdur. Kristian Pulişiçin və Omari Hatçinsonun onu zərbə mövqeyinə çıxarmaq üçün texniki keyfiyyətləri çatmır.

Onlar daha çox driblinq etməyə üstünlük verirlər. Buna baxmayaraq, əminəm ki, Ruben Amorim “Milan”ı ilk dördlüyə daşıyacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?