Azərbaycan millisində 27 qol buraxan qapıçıdan XƏBƏR

01:20 Milli komanda 55
Azərbaycan millisində 27 qol buraxan qapıçıdan XƏBƏR

UEFA Millətlər Liqasının Lixtenşteynlə son oyunu Azərbaycan yığmasının qapıçısı Emil Balayev üçün əlamətdar olub.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı qolkiper yubiley matçına çıxıb.

Balayev millinin heyətində 20-ci qarşılaşmasını keçirib. Bununla o, yığmada aktivində 20 oyun olan Bəxtiyar Musayev və Xaqani Məmmədova çatıb. Balayev yığmada 20-yə çatan 88-ci futbolçu olub.

Emil Balayev millimizdə ilk oyununu 2019-cu ildə evdə Xorvatiyaya (1:1) qarşı keçirib. O, 20 matçda qapısından 27 qol buraxıb.

Millimiz Vadutsda rəqibini 1:0 hesabı ilə məğlub edib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 16:30 Çək və bizə göndər!
14 Noyabr 12:40 Vur, Mahir, vur! - VİDEO