Avropa Kubokunun qalibi başından güllələnərək öldürüldü - Ziyafətdən qayıdanda

00:20 Hadisə 45
Avropa Kubokunun qalibi başından güllələnərək öldürüldü - Ziyafətdən qayıdanda

Rusiyanın sambo üzrə çempionatının medalçısı Vatsilov Davudov Dağıstanda baş verən atışmada qətlə yetirilib.

Sportinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, hadisə “Mərakeş” ziyafət zalının qarşısında qeydə alınıb.

Bildirilir ki, 31 yaşlı idmançı zalda keçirilən tədbirdə iştirak edib.

O, binadan çölə çıxarkən naməlum şəxslər qara rəngli “Toyota Camry” markalı avtomobildən ona atəş açıblar. Güllələrdən biri Davudovun başına dəyib.

Ağır yaralanan idmançı xəstəxanaya aparılarkən yolda həyatını itirib. Hücumu törədən şəxslər hadisə yerindən uzaqlaşıblar, avtomobil isə axtarışa verilib.

Davudov Rusiyanın idman ustası, 2016-cı il Avropa Cüdo Kubokunun qalibi və 2023-cü il Rusiyanın sambo çempionatının bürünc medalçısı olub.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 16:30 Çək və bizə göndər!
14 Noyabr 12:40 Vur, Mahir, vur! - VİDEO