“Sabah”ın 400 min avroya aldığı asiyalı Avropa yolunda?

20:20 Sabah 44
“Sabah”ın 400 min avroya aldığı asiyalı Avropa yolunda?

“Sabah”ın legioneri Umarali Raxmonaliyev Rusiyada diqqət mərkəzinə düşüb.

Sportinfo.az xəbər verir ki, Daşkənddə Rusiya və Özbəkistan milliləri arasında keçirilən yoldaşlıq görüşü ətrafında aparılan söhbətlər zamanı Raxmonaliyevin çıxışı da müzakirə mövzusu olub.

Rusiya mətbuatının yaydığı məlumata görə, bu ölkənin Premyer Liqasında çıxış etməyə layiq 4 özbəkistanlı futbolçu adı çəkilib ki, onlar arasında Raxmonaliyev də var. Ruslar onu “Rubin”dəki dönəmlərindən xatırlayır.

23 yaşlı yarımmüdafiəçinin tezliklə Avropanın daha böyük çempionatlarına köçmək ehtimalı da yüksək qiymətləndirilib:

“Azərbaycan çempionatının əsas kəşflərindən biridir. Umarali 2023-cü ilin qışından 2026-cı ilin qışına qədər “Rubin”də çıxış edib və 400 min avro qarşılığında “Sabah”a keçib.

Cari mövsüm oyunçu üçün xüsusi əhəmiyyət daşıyır. O, komandasının UEFA Çempionlar Liqasının əsas mərhələsinə yüksəlməsində pay sahibi olub.

Klubun tarixində əsas avrokubok turnirində qazandığı ilk qələbədə – Praqa “Slaviya”sına qarşı (2:0) oyunda Umarali meydanın ən yaxşılarından biri olub.

Əsas silahı güclü və dəqiq uzaq məsafəli zərbələridir. Əla ötürmə qabiliyyətinə malikdir və ikili mübarizələrin əksəriyyətindən qalib ayrılır.

Aydındır ki, dayaq yarımmüdafiəçisi yaxın vaxtlarda Avropanın aparıcı çempionatlarında çıxış edən klublardan birinə keçə bilər”.

Umarali Raxmonaliyevin “Sabah”la müqavilə müddəti 2028-ci ilin sonuna qədərdir.

Digər Xəbərlər
Xəbər Lenti