“Sassuolo”nun yeni baş məşqçisi bəlli olub.
Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Komandanın yeni çalışdırıcısı Roberto D’Aversa təyin olunub. Tərəflər cari mövsümün sonunadək anlaşıblar.
Xatırladaq ki, klub ötən gün baş məşqçisi Alberto Akvilani və onun məşqçilər heyəti ilə yollarını ayırdığını açıqlamışdı. Qərar komandanın A Seriyasında ardıcıl 5-ci məğlubiyyətindən sonra qəbul edilmişdi.
“Sassuolo” A Seriyasında 8 turdan sonra 8 xalla 17-ci pillədə qərarlaşıb.
