Afrika Millətlər Kubokunun seçmə mərhələsinin 3-cü turunun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, "Sabah"ın hücumçusu Coy Lens Mikelsin formasını geyindiyi Ruanda millisi səfərdə Malinin qonağı olub.
Qarşılaşma meydan sahiblərinin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Mikels də bu görüşün iştirakçısı olub. Matça start heyətində başlayan 32 yaşlı vinger 88-ci dəqiqədə əvəzlənib.
3 turdan sonra 6 xal toplayan Ruanda yığğması qrupda 2-ci yerdədir.
