“Qarabağ”ın legioneri Marko Yankoviç Monteneqro milli komandasının heyətində növbəti oyununu keçirib.
Sportinfo.az xəbər verir ki, yarımmüdafiəçi UEFA Millətlər Liqasının C Divizionunun Latviya millisi ilə 5-ci tur görüşündə forma geyinib.
Ağdam klubunun üzvü Podqoritsada baş tutan qarşılaşmada 90 dəqiqə meydanda olub və komandasının qələbəsində pay sahibi olub – 2:1.
İlk qolun ötürməsini edən Yankoviç 7,8 balla matçın ən yaxşısı seçilib.
Mirko Vuçiniçin rəhbərlik etdiyi komanda 13 xalla 2-ci qrupda liderlik edir.
