Kiyev “Dinamo”sunun sabiq hücumçusu Oleq Salenko klubun yeni baş məşqçi axtarışına münasibət bildirib.
Sportinfo.az xəbər verirki, keçmiş hücumçu Ukrayna mətbuatına açıqlamasında bir neçə mütəxəssisi təklif edib.
Maraqlıdır ki, Salenkonun “Dinamo”ya layiq gördüyü çalışdırıcılar arasında ötən ay “Araz-Naxçıvan” üçün Azərbaycana qayıdan Yuri Maksimov da var.
Onun fikrincə, Maksimov hazırda “Araz-Naxçıvan”da olmasaydı, kiyevliləri bu durumdan məharətlə çıxarardı
: “Bir müddət əvvəl “Dinamo”ya Yuri Maksimovu məsləhət görmüşdüm. Ancaq hazırda işi var”.
“Araz-Naxçıvan” Azərbaycan Premyer Liqasında 8 turdan sonra 2 xalla sonuncu pillədə qərarlaşır. Kyev “Dinamo”su isə bir neçə gün öncə İqor Kostyuku istefaya göndərib.
