“Mançester Yunayted”in müdafiəçisi Patrik Dorqu Danimarka millisinin düşərgəsini vaxtından əvvəl tərk edib.
Sportinfo.az xəbər verir ki, bu barədə Skandinaviya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
22 yaşlı futbolçunun səhhətində problemlər aşkarlanıb. Bu səbəbdən, o, Danimarka millisinin qarşıdakı oyunlarında iştirak edə bilməyəcək.
Danimarka yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində Portuqaliya və Norveç milliləri ilə qarşılaşacaq.
Dorqu İngiltərə Premyer Liqasının cari mövsümündə 6 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.
