Beş günlük istirahətdən imtina etdi - “Barselona”nın müdafiəçisi

00:10 İspaniya 41
Beş günlük istirahətdən imtina etdi - “Barselona”nın müdafiəçisi

“Barselona”nın müdafiəçisi Alexandro Balde istirahət günlərində fərdi məşqlər edir.

Sportinfo.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, Kataloniya klubunun baş məşqçisi Hans-Diter Flik milli komandalara dəvət olunmayan oyunçulara beş günlük istirahət versə də, Balde məşqləri davam etdirməyə qərar verib.

23 yaşlı futbolçu milli komandaların oyunları ilə bağlı fasilədən sonra ən yaxşı formada olmağı hədəfləyir.

Balde üçün bu mövsüm çətin keçir. O, komandada əsas heyətdəki yerini itirib. Müdafiəçi cəmi beş oyunda meydana çıxıb, lakin heç birində start heyətində yer almayıb.

Daha əvvəl “Barselona”nın uyğun transfer təklifi gələcəyi təqdirdə, klubun yetirməsi olan oyunçunu yanvar ayında sata biləcəyi bildirilib.

”Barselona” “Sabah”ın UEFA Çempionlar Liqasının liqa mərhələsində rəqiblərindən biridir. Komandalar arasında görüş 25 noyabrda, Bakıda olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
15 Noyabr 20:00 Çək və bizə göndər!
15 Noyabr 01:10 Mahir kimə şərik oldu?