Liqanın bombardirinə “bərbad vəziyyətdə idi” deyən kimdir elə? - VİDEO

17:40 Hadisə 971
Liqanın bombardirinə “bərbad vəziyyətdə idi” deyən kimdir elə? - VİDEO

Millinin və “Neftçi”nin sabiq yarımmüdafiəçisi Cavid İmamverdiyev “Sportinfo TV”də yayımlanan “Futbol Masası”nın qonağı olub.

O, I Liqada adından söz etdirən Dileyn Açimi ilə bağlı sualı cavablandırıb.

Bildirib ki, “Gəncəbasar”ın kamerunlu forvardını öncədən tanıyır. Müsahib 21 yaşlı hücumçunun son vaxtlar böyük inkişaf yolu keçdiyini deyib.

Afrikalı legioner cari mövsümdə meydana çıxdığı 13 oyunun hamısında qol vurub. Hazırda aktivində 13 top var ki, bu göstəricidə ona yaxın duran yoxdur.

Açimi sərgilədiyi məhsuldarlıqla Premyer Liqa klublarının diqqətini çəkib. Qış fasiləsinndə elita təmsilçilərindən biri ilə anlaşması ehtimalı istisna deyil.

“Futbol masası”nın baş sponsoru “Muno365” şirkətidir.

“Muno365” - Süni intellekt dəstəkli yeni nəsil biznes idarəetmə platforması! Restoran, kafe, ticarət, istehsalat və müxtəlif biznes sahələri üçün hazırlanmış innovativ ekosistemdir.

“Muno365” - Satış, maliyyə, anbar, personal və digər prosesləri vahid platformada birləşdirir, biznes göstəricilərini təhlil edir, riskləri aşkarlayır və strateji qərarların qəbuluna ağıllı dəstək verir.

“Muno365” - Sadəcə, idarəetmə proqramı deyil, biznesinizin rəqəmsal gələcəyidir!

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN

Digər Xəbərlər
Xəbər Lenti