“İnter”in yarımmüdafiəçisi Hakan Çalhanoğlu karyerasını İtaliyanın başqa klubunda davam etdirə bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 32 yaşlı futbolçu ilə “Yuventus” maraqlanır.
Turin təmsilçisi transferi reallaşdırmaq üçün artıq müəyyən addımlar atır. Tərəflər arasında konkret danışıqların qış transfer dönəmində aparılacağı gözlənilir.
Çalhanoğlu 2021-ci ilin yayından “İnter”də çıxış edir. Onun klubla müqaviləsinin müddəti 2027-ci il iyunun sonunda başa çatacaq. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 16 milyon avro qiymətləndirir.
Türkiyəli yarımmüdafiəçi cari mövsümdə A Seriyasında 7 oyuna çıxıb və 3 qol vurub.
