Maaşının qalan hissəsini 2023-cü ilin yayına qədər almaq istəyir

17 Noyabr 2022 15:20 İspaniya 336
Maaşının qalan hissəsini 2023-cü ilin yayına qədər almaq istəyir

“Barselona”nın hücumçusu Memfis Depay qış transfer pəncərəsində klubu tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı niderlandlı futbolçu maaşının qalan hissəsini 2023-cü ilin yayına qədər almaq istəyir.

Əks halda, Depay müqaviləsinin sonuna qədər “Barselona”da qalacaq.

Futbolçu Çempionlar Liqasında çıxış edən klubdan təklif gözləyir.

Depay 2021-ci ilin yayında “Barselona”ya keçib. O, bu mövsüm 131 dəqiqə meydanda olub, 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti