Klub prezidenti: “Bura təsadüfən gəlməmişik, adları bizi qorxutmur”

07:30 Voleybol 39
Klub prezidenti: “Bura təsadüfən gəlməmişik, adları bizi qorxutmur”

Qadın voleybolçulardan ibarət “Turan” komandasının prezidenti Həsən Zeynalov CEV Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab oyununda Bolqarıstanın “Maritsa” klubu üzərində qazanılan 3:0 hesablı qələbəni dəyərləndirib.

Sportinfo.az xəbər verir ki, klub rəhbəri bu qələbəni Vətən uğrunda canından keçən şəhidlərə və qazilərə həsr etdiklərini bildirib.

“Sevincimizi sözlə ifadə edə bilmirəm. Çox möhtəşəm hissdir. Bölgə komandası olaraq Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla bir ilkə imza atdıq. İlk dəfə ölkə çempionu olan bölgə komandası da “Turan” olub”.

Zeynalov qarşılaşmanın gözlənildiyi qədər asan keçmədiyini vurğulayıb:

“Oyun düşündüyümüz qədər asan olmadı. Çox həyəcanlı qarşılaşma idi. Amma birinci setin müəyyən hissəsindən sonra qələbə qazanacağımızı hiss edirdim. İkinci setdə müəyyən qədər rahatlıq yarandı. Üçüncü setdə də oyunu bitirmək imkanımız var idi, lakin qarşılaşma uzana bilərdi”.

Klub prezidenti qrup mərhələsində qarşılaşacaqları güclü rəqiblərdən çəkinmədiklərini bildirib:

“Qrupdakı rəqiblərimizin ad-sanı bütün dünyaya bəllidir. Onlar illərdir Çempionlar Liqasında çıxış edirlər. Amma biz də bu mərhələyə təsadüfən gəlməmişik. Bunu sübut etməyə çalışacağıq. Rəqiblərin adları bizi qorxutmur. Komanda ilə görüşlərimdə də hər zaman deyirəm ki, çətin ola bilər, amma mümkünsüz heç nə yoxdur”.

“Turan” “Maritsa”ya 3:0 hesabı ilə qalib gələrək CEV Çempionlar Liqasının qrup mərhələsinə yüksəlib.

Digər Xəbərlər
Xəbər Lenti
14 Noyabr 16:30 Çək və bizə göndər!
14 Noyabr 12:40 Vur, Mahir, vur! - VİDEO