Azərbaycanın qadınlardan ibarət voleybol millisinin liberosu, “Turan” komandasının təcrübəli oyunçusu Yuliya Kərimova meydandan kənarda nümunəvi davranışı ilə yadda qalıb.
Sportinfo.az xəbər verir ki, voleybolçu komandanın düşərgəsində özünə sığınacaq tapan yaşlı küçə itinə xüsusi qayğı göstərib.
Kərimova öz yeməyini dördayaqlı dostu ilə bölüşməklə kifayətlənməyib.
O, itin yaşlı olduğunu nəzərə alaraq gətirdiyi yeməyin içərisindəki ət parçalarını əlləri ilə xırdalayıb və heyvanı əli ilə yemləyib.
