“Kiməsə vəzifə verirsizsə, ona işləmək imkanı yaradın, hər şeyi silib atmaq lazım deyil”

01:30 İtaliya 47
“Kiməsə vəzifə verirsizsə, ona işləmək imkanı yaradın, hər şeyi silib atmaq lazım deyil”

İtaliya millisinin sabiq müdafiəçisi Fabio Kannavaro “Yuventus” və “Napoli”nin cari mövsümdəki uğursuz çıxışı barədə danışıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, hazırda Özbəkistan millisini çalışdıran mütəxəssis “Yuventus”da baş məşqçi və idman direktorlarının tez-tez dəyişdirilməsini tənqid edib:

“Son illərdə “Yuventus”un əsas problemlərindən biri də budur. Klubda çoxlu baş məşqçi və idman direktoru dəyişib.

Kiməsə vəzifə verirsizsə, ona işləmək imkanı yaradın. İlk çətinlikdə hər şeyi silib atmaq lazım deyil”.

O, “Napoli”nin problemlərini isə çoxsaylı zədələr və ehtiyat oyunçuların səviyyəsi ilə əlaqələndirib:

“Komanda ötən ildən bəri zədələr səbəbindən çətinlik çəkir. Əla ideyaların ola bilər, amma biz məşqçilər 80 faiz futbolçularımızdan asılıyıq”.

“Napoli” Çempionlar Liqasının liqa mərhələsinin 7-ci turunda, yanvarın 20-də “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə