“Mançester Siti”nin qapıçısına 30 milyon avroluq təklif – Ərəblərdən

3 İyul 2024 18:40 İngiltərə 836
“Mançester Siti”nin qapıçısına 30 milyon avroluq təklif – Ərəblərdən

“Əl-Nəsr” “Mançester Siti”nin qapıçısı Edersona müqavilə təklif edib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı klubu braziliyalı futbolçuya 30 milyon avro maaşla iki illik müqavilə təklif edib.

Ederson razılaşarsa, “Əl-Nəsr” tələb olunan təzminatı ödəyərək, müqaviləni bağlamaq üçün dərhal “Mançester Siti”yə müraciət edəcək.

Kiper daha çox pul qazanmaq üçün Səudiyyə Ərəbistanına keçməyə etiraz etməyəcək.

30 yaşlı qolkiper 2017-ci ildə “Benfika”dan “Mançester Siti”yə keçib.

Digər Xəbərlər
Xəbər Lenti
20 Dekabr 18:10 Çək və bizə göndər!
20 Dekabr 08:50 Ruslar Musayevi seçdi
20 Dekabr 00:30 "Qarabağ"dan 3 XƏBƏR