Messi Argentina yığmasının heyətinə daxil edildi, amma...

10:20 Dünya futbolu 88
Messi Argentina yığmasının heyətinə daxil edildi, amma...

“İnter Mayami”nin hücumçusu Lionel Messi bir sıra yoldaşlıq oyunları üçün Argentina yığmasının heyətinə daxil edilib.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, komanda sentyabrın 30-da Boliviya, oktyabrın 3-də Burkina-Faso və oktyabrın 6-da Beninlə qarşılaşacaq.

Beninlə oyunun Messinin vida matçı olacağı gözlənilir. Buenos-Ayresdəki “Monumental” stadionunda futbolçu üçün xüsusi yolasalma mərasiminin keçirilməsi planlaşdırılır.

avqustun 31-də Messi Argentina milli komandasındakı karyerasını başa vurduğunu rəsmən elan etmişdi.

O, 2005-ci ilin avqustundan bəri yığmanın heyətində çıxış edərək 207 oyun keçirib və 125 qol vurub. Bununla da o, milli koandanın tarixində ən çox qol vuran futbolçuya çevrilib.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!