Avropanın bütün böyük klubları istəyir - “Bayern”in yarımmüdafiəçisini

17 Sentyabr 00:20 Almaniya 508
Avropanın bütün böyük klubları istəyir - “Bayern”in yarımmüdafiəçisini

“Bayern”in yarımmüdafiəçisi Lennart Karl Avropanın top-klublarının maraq dairəsinə düşüb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 18 yaşlı futbolçunu “Real”, “Barselona” və İngiltərə Premyer Liqasının bir neçə klubu izləyir. “Liverpul” onunla qeyri-rəsmi əlaqə yaradıb,

“Arsenal” isə futbolçunu izləmək üçün skautlarını göndərib. “Mançester Siti”, “Çelsi” və PSJ də Karlın çıxışını yaxından izləyir.

Lennart Karl 2025-ci ilin yayından “Bayern”də çıxış edir. Onun klubu ilə müqaviləsinin müddəti 2029-cu il iyunun sonuna qədərdir.

“Transfermarkt” portalı almaniyalı futbolçunun dəyərini 60 milyon avro qiymətləndirir. Onunla maraqlanan klublardan “Barselona” və “Arsenal” “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində rəqibləridir.

Digər Xəbərlər
Xəbər Lenti