Millinin 40 yaşlı sabiq müdafiəçisi Premyer Liqaya gəlir?

00:10 İngiltərə 98
Millinin 40 yaşlı sabiq müdafiəçisi Premyer Liqaya gəlir?

İspaniya millisinin sabiq müdafiəçisi Serxio Ramos İngiltərə Premyer Liqasına keçməyə yaxındır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Suporter Media” məlumat yayıb.

40 yaşlı futbolçunu “Aston Villa” heyətinə qatmaq istəyir. Tərəflər arasında danışıqların son mərhələdə olduğu və sözləşmənin başa çatmağa yaxınlaşdığı bildirilir.

Ramosun son klubu Meksikanın “Monterrey” komandası olub. Müdafiəçi ötən ilin sonunda klubdan ayrıldıqdan sonra meydana çıxmayıb.

Karyerası ərzində “Sevilya”, “Real” və PSJ kimi klublarda çıxış edən Ramos, İspaniya millisində də uzun illər forma geyinib.

“Aston Villa” isə Premyer Liqanın yeni mövsümünə uğursuz başlayıb. Unay Emerinin komandası 4 turdan sonra cəmi 1 xal toplayıb və hazırda turnir cədvəlinin 19-cu pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 17:30 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 07:20 Babayevi heyətə qatdılar
15 Sentyabr 02:50 “Kəpəz”i Arzu xilas etdi