“Arsenal” “Barselona”nın yarımmüdafiəçisi Fermin Lopeslə maraqlanır.
Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, “topçular” 23 yaşlı futbolçu üçün Kataloniya klubuna 100 milyon avrodan çox təklif göndərməyi planlaşdırır.
London təmsilçisi, transfer baş tutacağı təqdirdə, ispaniyalı futbolçunun maaşını da əhəmiyyətli dərəcədə artırmağa hazırdır.
Ferminlə “Çelsi” də maraqlanır. Ancaq yarımmüdafiəçinin əsas prioriteti “Barselona”da qalmaqdır. Bununla belə, o, klubdakı dəyərini daha çox hiss etmək üçün daha yüksək maaş almaq istəyir.
Fermin Lopes bu mövsüm “Barselona”nın heyətində bütün turnirlərdə 6 oyuna çıxıb, 4 qol vurub və 2 məhsuldar ötürmə verib. Onun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.
Xəbərdə adı keçən “Arsenal” və “Barselona” “Sabah”ın UEFA Çempionlar Liqasının əsas mərhələsində rəqibləridir.
