“Atletiko”nun baş məşqçisi Dieqo Simeone komandası ilə bağlı səsləndirilən tənqidlərə münasibət bildirib.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, argentinalı mütəxəssis bəzi insanların mənfi fikirlərinə öyrəşdiklərini deyib:
“Bəzi insanların neqativ yanaşmasına öyrəşmişik. Amma bu, inkişaf prosesinin bir hissəsidir və buna görə də tənqidləri qəbul edirik.
Biz hələ də yeni komanda qururuq. Beş futbolçu bizi tərk etdi, eyni sayda oyunçu da komandaya qoşuldu.
Daha yaxşı vəziyyətə gəlmişik, ancaq bunun üçün vaxta ehtiyacımız var. Futbolda isə heç kim sizə vaxt vermir”.
“Atletiko” bundan əvvəl ardıcıl iki məğlubiyyət alıb. Madrid təmsilçisi əvvəlcə “Atletik”ə 0:3, daha sonra Çempionlar Liqasında “Liverpul”a 1:2 hesabı ilə uduzub. Komanda son olaraq “Real Sosyedad”ı 3:0 hesabı ilə məğlub edib.
“Atletiko” 5 turdan sonra La Liqanın turnir cədvəlində 10 xalla 5-ci pillədə qərarlaşıb. Simeonenin komandası sentyabrın 16-da “Osasuna”nı qəbul edəcək.
