Meksika millisinin sabiq baş məşqçisi Xavyer Aqirre İspaniya çempionatında işə başlaya bilər.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 67 yaşlı mütəxəssisə “Valensiya” maraq göstərir.
Tərəflər arasında əməkdaşlıqla bağlı danışıqlar müsbət nəticələnib.
“Valensiya” ötən həftəsonu baş məşqçi Karlos Korberanla yollarını ayırıb.
İspaniya La Liqasında 6 turdan sonra 4 xal toplayan “yarasalar” turnir cədvəlinin 16-cı pilləsində qərarlaşıb. Komanda növbəti matçını “Real Sosyedad”a qarşı keçirəcək.
