“Davranışı və sözləri millidə bir çox oyunçunu ondan uzaqlaşdırıb”

15:40 Fransa 99
“Davranışı və sözləri millidə bir çox oyunçunu ondan uzaqlaşdırıb”

Fransa komandasının keçmiş futbolçusu Jerom Roten Kilian Mbappenin “Qızıl top” haqqında iddialı çıxışlarının millidə ciddi narazılıq və parçalanma yaratdığını bəyan edib.

Sportinfo.az xəbər verir ki, o, kollektiv daxilində artıq iki fərqli düşərgənin yarandığını diqqətə çatdırıb.

Rotenin sözlərinə görə, Mbappenin son bəyanatları və aparıcı mövqeyi çoxlarını əsəbiləşdirib:

“Dünya çempionatında hiss etdiyimiz gərginlik bu gün daha da aydınlaşıb. Mbappenin davranışı və sözləri milli komandada bir çox oyunçunu özündən uzaqlaşdırıb.

Düzdür, dünya çempionatında bombardir olması və nümunəvi davranışı tənqidləri bir qədər yumşaltmışdı, lakin belə açıqlamalar yalnız onun özünə zərər vurur”.

Keçmiş futbolçu əlavə edib ki, millidəki futbolçuların əksəriyyəti Mbappedən fərqli olaraq Usman Dembelenin tərəfini tutur:

“Mənə çatdırılan məlumata görə, futbolçular Mbappenin nə demək istədiyini anlamırlar və onlar Kilianın deyil, Dembelenin yanındadırlar.

Usman komandanı daha çox bir araya gətirir və oyunçular arasında bir növdə bufer rolunu oynayır.

Növbəti milli fasilədə Usman və Kilianın əl sıxmasını böyük maraqla gözləyirəm, məncə, həmin an divarlar titrəyəcək”.

Ötən il “Qızıl top” mükafatına Usman Dembele layiq görülüb.

Digər Xəbərlər
Xəbər Lenti