Misli Premyer Liqasın 6-cı turu çərçivəsində keçiriləcək “Turan Tovuz” – “Zirə” oyununun biletləri satışa çıxarılıb.
Sportinfo.az Tovuz klubunun mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər Birbilet.az saytından istəyi sektor və yeri seçməklə onlayn şəkildə biletləri əldə edə bilərlər.
Qiymətlər sektora uyğun olaraq 2, 3 və 5 manat təşkil edir. Şəhid ailələri və qazilərimiz onlar üçün ayrılmış sektora fiziki dəvətnamələri stadionun kassasından ödənişsiz əldə edə bilərlər.
Elektron bilet almaqda çətinlik çəkən azarkeşlər isə biletləri stadionun kassasından fiziki şəkildə əldə edə biləcəklər.
Stadiona giriş yalnız fiziki və ya onlayn biletin üzərində olan QR kodu oxutmaqla mümkün olacaq.
Sentyabrın 19-da Tovuz şəhər stadionunda keçiriləcək “Turan Tovuz” – “Zirə” matçı saat 17:30-da başlayacaq.
