“Real”da ehtiyatda qaldı, “Liverpul” hərəkətə keçdi

01:40 İspaniya 93
“Real”da ehtiyatda qaldı, “Liverpul” hərəkətə keçdi

“Liverpul” “Real”ın müdafiəçisi Trent Aleksander-Arnoldun transferini nəzərdən keçirir.

sportinfo.az xəbər verir ki, bu barədə “Fichajes” məlumat yayıb.

Hazırda tərəflər arasında heç bir danışıqlar aparılmır. Ancaq İngiltərə klubu 27 yaşlı futbolçunun transferi ehtimalını araşdırır.

Aleksander-Arnold cari mövsümdə La Liqada keçirdiyi 6 oyunun yalnız ikisində start heyətində meydana çıxıb. Müdafiəçi iki qarşılaşmada isə ümumiyyətlə ehtiyatda qalıb.

İngiltərəli “Real”a 2025-ci ilin yayında məhz “Liverpul”dan keçib. Onun Madrid klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin iyununa qədərdir.

“Transfermarkt” portalı onun dəyərini 60 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim