Tarixinin ən bahalı transferinə imza ata bilər - Premyer Liqa nəhəngi

01:30 İngiltərə 61
Tarixinin ən bahalı transferinə imza ata bilər - Premyer Liqa nəhəngi

“Liverpul” “Bornmut”un və Braziliya millisinin vingeri Rayana ciddi maraq göstərir.

Sportinfo.az xəbər verir ki, bu barədə “Teamtalk” məlumat yayıb.

Mersisayd təmsilçisinin baş məşqçisi Andoni İraola 20 yaşlı futbolçunun transferində şəxsən maraqlıdır. İraola daha əvvəl “Bornmut”da Rayana rəhbərlik edib.

Oyunçunun klubu ilə müqaviləsinin müddəti 2031-ci ilin yayına qədərdir.

Anlaşmada 130 milyon funt-sterlinq (150 milyon avrodan bir qədər çox) məbləğində sərbəstqalma maddəsi yer alır. Ancaq bu bənd yalnız 2027-ci ildən etibarən qüvvəyə minəcək.

“Liverpul” braziliyalı futbolçunu Məhəmməd Salahın mümkün əvəzləyicilərindən biri kimi nəzərdən keçirir. Transfer qeyd olunan məbləğə baş tutacağı təqdirdə, Rayan klub tarixinin ən bahalı keçidi olacaq.

Rayan 2026/27 mövsümündə Premyer Liqada 4 oyuna çıxıb.

Digər Xəbərlər
Xəbər Lenti
14 Sentyabr 18:10 Çək və bizə göndər!
14 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
14 Sentyabr 13:40 "Şəfa" VÜSALına qovuşdu
14 Sentyabr 11:20 "Qarabağ"ı uda bilərdik"
14 Sentyabr 02:10 Məmmədov olmasa da...
14 Sentyabr 00:40 “Problemlərimiz var”