"Kolxeti"nin yarımmüdafiəçisi Andriya Bartişvili karyerasını İngiltərə Premyer Liqasında davam etdirəcək.
Sportinfo.az xəbər verir ki, "Arsenal" gürcüstanlı futbolçunun keçidini həll edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
London klubu 17 yaşlı hücumameyilli yarımmüdafiəçi üçün qarşı tərəfə 4,5 milyon avro təzminat ödəyəcək. Gənc oyunçu 2027-ci ilin yayında London klubunun düşərgəsinə qoşulacaq.
Andriya Bartişvili bu ilin yanvarından icarə əsasında "İberiya 1999"da çıxış edir. Gürcüstan U-21 millisinin üzvü carri mövsümdə klubunun heyətində 24 rəsmi matçda 2 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
