Möhtəşəm qol, əla stadion, bərbad legioner - Hər şey bu VİDEOda

22:20 Sportinfo TV 136
Möhtəşəm qol, əla stadion, bərbad legioner - Hər şey bu VİDEOda

Birinci Liqada 2-ci tur arxada qaldı.

Aşağı liqa bir qədər gözdən-könüldən uzaq olsa da, biz çalışırıq ki, bu yarışa maksimum diqqət ayıraq.

Bəs bu turda nələr gözdən qaçmadı?

İlk diqqətçəkən məqam odur ki, beş oyunun üçü Binə qəsəbə stadionunda keçirildi.

Turun ən baxımlı qolu Zaqatalada vuruldu.

“Baku Sportinq”lə oyunda Əfqan Əliyev 88-ci dəqiqədə mərkəz xəttinə yaxın nöqtədən vurduğu dəqiq zərbə ilə hesabı 3:0-a çatdırdı.

Turun ən uğursuz zərbəsi isə “Şimal”ın legioneri Abubakar Umardan gəldi. Öz qapısına elə zərbə vurdu ki, onu mütləq görmək lazımdır. Bəxti gətirdi ki, qapıçı topu dəf edə bildi.

Bir başqa diqqətçəkən məqam isə azarkeşlərlə bağlıdır.

“Səbail"in Qubanı təmsil etməsi ilə bağlı məsələnin dəqiqləşməsindən sonra qubalıların tribunadakı varlığı daha çox hiss olunur. Binə qəsəbə stadionunda keçirilən son görüşdə fanatların aktivliyi aşkar hiss olundu.

"Gəncəbasar" Gəncə şəhər stadionunda keçirdiyi ilk oyunda "Kəpəz" kimi qələbə qazandı. Birinci Liqa tarixində hələ belə arenada oyun keçirilməsini xatırlamıram. Yeni idman qurğusu liqaya gözəllik qatır, rəqiblər özünü burada bir peşəkar kimi hiss edə bilər.

Bir sözlə, Birinci Liqanın ikinci turu da nəticələrdən əlavə, diqqətdən qaçmayan belə maraqlı məqamlarla yadda qaldı.

Aşağıdakı linkə daxil olaraq haqqında bəhs etdiyimiz qolu və digər hadisələri izləyə bilərsiniz:

XANOĞLAN/ SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti