Bu gün I Liqada III tur start götürəcək.
Sportinfo.az xəbər verir ki, ilk oyun günündə 1 qarşılaşma keçiriləcək.
Çempionluğa iddialı «Karvan» Yevlaxda «Zaqatala»nı qəbul eədəcək.
Turun digər görüşləri sabah və birisigün olacaq, Bu matçlara təyinatlar artıq məlumdur.
16 sentyabr (çərşənbə)
“Karvan Yevlax” – “Zaqatala”
Hakimlər: Kamran Əliyev, Taleh Məmmədov, Aydın Bəxşiyev, Maqsud Şamıyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Elman Musayev
Yevlax şəhər stadionu, 16:30
17 sentyabr (cümə axşamı)
“Şimal” – “Şahdağ Qusar”
Hakimlər: Namiq Bəkirov, Səbuhi Əmrahov, Səbuhi Soltanov, Səbuhi Bayramov
Hakim-inspektor: Feyzulla Feyzullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Şamaxı OİK stadionu, 16:30
“Mingəçevir” – “Gəncəbasar”
Hakimlər: Nazim Abdullayev, Elmin Süleymanov, Safalı Ağayev, Şamil İmanzadə
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Erkin Hüseynov
Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança), 16:30
“Baku Sportinq” – “Səbail”
Hakimlər: Ceyhun Hüseynov, Elman Kərimov, Zakir Şükürzadə, Ruslan Quliyev
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Baku Sportinq Arena”, 16:30
18 sentyabr (cümə)
“Xankəndi” – MOİK
Hakimlər: Niyaz Əhmədov, Sənan Atayev, Vüqar Bayramov, Əkbər Əhmədov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: İlham Əliyev
Şamaxı OİK stadionu, 16:00
