Üç ulduz hücumçunun adı var - “Barselona”nın qısa siyahısı

22:00 İspaniya 98
Üç ulduz hücumçunun adı var - “Barselona”nın qısa siyahısı

“Barselona” “Arsenal”dan hücumçu Qabriel Jezusun transferinə baxmayaraq, yeni forvard almaqda maraqlıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə “Talksport” məlumat yayıb.

Kataloniya klubu dünya səviyyəli hücumçu transfer etmək istəyir və bu məqsədlə plan hazırlayır. “Barselona”nın əsas hədəfi “Atletiko”nun futbolçusu Xulian Alvaresdir.

Argentinalı forvardın transferi baş tutmasa, klub Harri Keyn (“Bayern”) və Erlinq Haland (“Mançester Siti”) variantlarını da nəzərdən keçirəcək.

“Barselona” İspaniya çempionatında 5 turdan sonra 15 xalla turnir cədvəlinə başçılıq edir.

Komanda Çempionlar Liqasının 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya stadionunda Azərbaycan çempionu “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti