Problem “Neftçi”də yox, özündədir - Getdiyi yerdə problem yaşayır

19:40 Neftçi 152
Problem “Neftçi”də yox, özündədir - Getdiyi yerdə problem yaşayır

“Neftçi”dən ayrılan İmad Faraj karyerasını Tunisdə davam etdirir.

Müəyyən məbləğ qarşılığında “Esperans”a transfer olunan 27 yaşlı yarımmüdafiəçi qısa müddətdə yeni komandasında əsas heyət üzvünə çevrilməyi bacarıb.

“Esperans” cari mövsümdə 3 oyun keçirib. İmad bu matçların hər birində ilk “11-lik”də meydana çıxıb. Lakin bütün hallarda əvəzlənib, sona qədər oynamayıb.

“Sahel” üzərində qazanılan 3:2 hesablı qələbəyə 67 dəqiqə meydanda olmaqla töhfə verən cinah yarımmüdafiəçisi “Omrane”yə 1:3 hesablı yenilgidə 58, “AS Marsa” ilə dueldə (2:1) 59 dəqiqə meydanda olub.

Faraj 184 dəqiqə top dalınca qaçmasına baxmayaraq, məhsuldarlıq baxımından heç nə etməyib. Nə qol vurub, nə məhsuldar ötürmə verib. Halbuki komandası rəqib qapılarından 6 top keçirib.

“Neftçi”də öz oyununu tapa bilməyən Fransa vətəndaşı ötən ay öz istəyi ilə iş yerini dəyişmək məcburiyyətində qalmışdı.

Lakin görünən budur ki, problem komandalarda yox, “AEK Larnaka”dakı ağır zədədən sonra heç cür özünə gələ bilməyən İmadın özündədir.

Yarımmüdafiənin cinahıdna çıxış edən futbolçu komandasının vurduğu 6 qolun heç birində yaxından iştirak etməyibsə, qarşıdakı görüşlərdə əsas heyətdən kənar qalacağı şübhə doğurmur.

O, “Neftçi”də top qovduğu 1 il ərzində 34 oyunda meydana çıxmaqla 7 qol vurub, 6 qolun ötürməsini verib.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti