UEFA bu həftə Bakı Olimpiya Stadionuna baxış keçirəcək

17 Sentyabr 09:00 Araşdırma 639
UEFA bu həftə Bakı Olimpiya Stadionuna baxış keçirəcək

UEFA nümayəndələri bu həftə Bakı Olimpiya Stadionuna baxış keçirəcəklər.

Sportinfo.az xəbər verir ki, baxış zamanı stadionun beynəlxalq oyunlara hazırlığı və UEFA-nın tələblərinə uyğunluğu qiymətləndiriləcək.

Xatırladaq ki, stadionda ot örtüyünün bərpası ilə bağlı intensiv işlərə sentyabr ayının əvvəlindən start verilib.

Meydançanın sentyabrın sonu, ən geci isə oktyabrın 5-dək tam hazır olacağı bildirilib.

Bakı Olimpiya Stadionu “Sabah”ın Çempionlar Liqasının əsas mərhələsində 4 ev oyununu qəbul edəcək.

Azərbaycan çempionu liqa mərhələsində ilk ev matçına oktyabrın 13-də çıxacaq. II tura təsadüf edəcək görüşdə rəqib Çexiyanın “Slaviya Praqa” komandası olacaq.

Digər Xəbərlər
Xəbər Lenti