Millimizin hücumçusu qol vurmadı, komandası kubokla vidalaşdı

02:10 Bizimkilər 63
Millimizin hücumçusu qol vurmadı, komandası kubokla vidalaşdı

Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun çıxış etdiyi “Bukovina” Ukrayna Kubokunun 1/16 finalında “LNZ Çerkassı” ilə qarşılaşıb.

Sportinfo.az xəbər verir ki, görüşdə "Bukovina" uduzub.

Çernovtsıdakı qarşılaşmanın əsas vaxtı qolsuz heç-heçə ilə başa çatıb. Penaltilər seriyasında isə “LNZ Çerkassı” 3:0 hesabı ilə qalib gələrək 1/8 finala yüksəlib.

Qonaqların heyətində Roman Didik, Məhərrəm Yaşari və Denis Kuzik penaltiləri dəqiq yerinə yetirib. “Bukovina”da Vitali Daxnovski topu dirəyə vurub,

Oleq Kojuşkonun zərbəsini qapıçı dəf edib, Vitali Qruşa isə topu qapının üstündən göndərib.

Renat Dadaşov da bu oyunda iştirak edib. 27 yaşlı hücumçu start heyətdə meydana çıxıb və sonadək oynayıb.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim