II Liqada üçüncü tur arxada qalıb.
Çempionluğa iddialı «Şirvan» qələbə seriyasını 3-ə çatdırıb.
Pərviz Bayramovun çalışdırdığı komanda doğma şəhərdə «Hypers»i məğlub edib. Onlara qalibiyyət gətirən yeganə qola 78-ci dəqiqə Amil Yunanov imza atıb. «
Qəbələ»nin yetirməsi ayağına gələn yeganə fürsəti dəyərləndirib. Qonaqların bu mənada bəxti gətirməyib.
Bərdə təmsilçisi hər iki hissədə dəfələrlə belə imkan yaxalasa da, inanılmaz şanssızlıq yaşayıblar.
Elə imkanları boşa veriblər ki! Aşağıda təqdim etdiyimiz videoya baxsaz, özünüz də təəccüblənəcəksiz!
SPORTİNFO.AZ
Şirvan OİK stadionu. 550 tamaşaçı
Baş hakim: Hacıağa Həsənov
Baş hakimin köməkçiləri: Ruslan Babayev, Cavid Ömərov
Dördüncü hakim: Rasim Musayev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
Sarı vərəqələr: Aqşin Paşayev, 59 (hakimin qərarına etiraz); Cavid Əliyev, 67 (qeyri-idman hərəkəti); Amil Yunanov, 78 (hakimin qərarına etiraz) // Taleh Hüseynzadə, 41 (qeyri-idman hərəkəti); İmran Azaxov, 71 (qeyri-idman hərəkəti); Saleh Süleymanov, 89 (hakimin qərarına etiraz)
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Pərviz Bayramov, 38 (hakimin qərarına etiraz)
Qol: Amil Yunanov, 78
Artırılan vaxt: I hissədə - 2 dəq; II hissədə - 3 dəq.
“Şirvan”
25. Əmrah Bulud
88. Aqşin Paşayev
9. Amil Yunanov
97. Fərid Abbaslı (k)
54. Elcan Rəsulov
8. Cavid Əliyev
44. Qədir Həsənov
71. Çingiz Məmmədov
27. Elnur Mirzəyev
57. Elcan Məmmədov
(18. Kamran Məmmədov, 78)
11. İbrahim İbrahimli
(77. Elgün Xəlilov, 8)
Ehtiyat oyunçular:
99. Əli Kərimov
4. Xalid Mahmudov
7. Emil Məlikov
70. İbrahim Aslanlı
30. Ramiz Məmmədov
47. Kənan Rzayev
Baş məşqçi: Pərviz Bayramov
“Hypers”
13. Elnar Şabanov
18. Vüqar Əşrəfli
10. Taleh Hüseynzadə (k)
(21. Davud Mahmudov, 89)
15. Elvin Dəmirov
(20. Kərəm Əhmədli, 85)
17. Ceyhun Rəcəbli
5. Ramin Məhərrəmov
19. Mahmud Məmmədov
7. Elariz Xəlilli
(14. Aqil Nəzərov, 85)
11. Samir Ağayev
2. İmran Azaxov
(8. Seymur Fərəci, 78)
4. Saleh Süleymanov
Ehtiyat oyunçular:
1. Teymur Hüseynov
22. Asim Babazadə
Baş məşqçi: Eldəniz Orucov
