“Mənim artırmağıma ehtiyac yoxdur, indi də elə öz formamdayam”

02:40 Sumqayıt 85
“Mənim artırmağıma ehtiyac yoxdur, indi də elə öz formamdayam”

"Sumqayıt"ın yeni transferi Mamadi Banqre açıqlama verib.

Sportinfo.az xəbər verir ki, fransalı vinger "Sumqayıt"a keçidindən və Azərbaycandakı hədəflərindən danışıb:

"Azərbaycan çox çətin çempionatdı, burada çox yaxşı oyunçular var. Əlimdən gələn hər şeyi edəcəm ki, "Sumqayıt"a kömək edim. Birinci dəfədir ki, Azərbaycandayam, Sumqayıtdayam.

Çalışacam ki, Azərbaycanın hər yerini gəzim, burada olmaq mənim üçün çox xoşdur. Mənim artırmağıma ehtiyac yoxdur. İndi də elə öz formamdayam.

Üç gün əvvəl oyun oynamışam. Sadəcə indi yeni komandadayam. Daha da yaxşı olacaq.

"Sumqayıt"dakı məqsədimə gəldikdə, hələlik gələcəkdə necə olacağı barədə düşünmürəm. Pillə-pillə bu komandaya kömək olmaq istəyirəm.

Gələcək haqda nəsə demək istəmirəm, nə olacaqsa, olacaq. İndi yalnız “Sumqayıt”ın oyunlarına fokuslanmışam və komandaya xeyir vermək barədə düşünürəm".

O, komandasının "Şamaxı" ilə görüşdəki bərabərə qalmasına da şərh verib:

"Təbii ki, “Şamaxı” ilə matçda da qalib gəlmək istəyirdik. Meydana da bunun üçün çıxmışdıq.

Epizodlarımız da oldu. Hər halda bir xal qazandıq. Bundan sonra da matçlara qalibiyyət üçün çıxacağıq.

Ümidvaram ki, hər şey istədiyimiz kimi alınacaq".

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim