“Neftçi”nin Avropa Kubokunda ev matçının biletləri satışa çıxarıldı

07:20 Basketbol 86
“Neftçi”nin Avropa Kubokunda ev matçının biletləri satışa çıxarıldı

“Neftçi” basketbol klubunun Avropa Kubokunun təsnifat mərhələsində keçirəcəyi ev oyununun biletləri satışa çıxarılıb.

Sportinfo.az xəbər verir ki, “Neftçi” sentyabrın 23-də Estoniyadan “Parnu”ilə qarşılaşacaq.

Bakı İdman Sarayında keçiriləcək matç saat 19:00-da başlayacaq. Cavab oyunu sentyabrın 30-da baş tutacaq.

Bu cütün qalibi turnirin əsas mərhələsinə vəsiqə qazanacaq və H qrupunda Rumıniyanın “Oradya”, İsveçrənin “Friburq Olimpiç”, Latviyanın VEF, Yunanıstanın “Mikonos” və Bolqarıstanın Plovdiv “Lokomotiv” komandaları ilə mübarizə aparacaq.

Digər Xəbərlər
Xəbər Lenti
16 Sentyabr 18:10 Çək və bizə göndər!
16 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
16 Sentyabr 07:30 “Zirə”də 4 yeni isim