Almaniyadan iki elçisi var - “Sabah”ın rəqibinin müdafiəçisinin

17 Sentyabr 00:10 İspaniya 533
Almaniyadan iki elçisi var - “Sabah”ın rəqibinin müdafiəçisinin

“Barselona”nın müdafiəçisi Xavi Espart karyerasını Almaniya Bundesliqasında davam etdirə bilər.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 19 yaşlı futbolçu ilə Dortmund “Borussiya”sı və Leverkuzen “Bayer”i maraqlanır.

Hər iki klubun skautları Espartı canlı izləmək üçün İspaniyaya səfər edib.

İspaniyalı müdafiəçinin “Barselona” ilə müqaviləsinin müddəti 2028-ci ilin iyununun sonuna qədərdir. “Transfermarkt” onun bazar dəyərini 5 milyon avro qiymətləndirir.

Espart cari mövsümdə “Barselona”nın heyətində İspaniya çempionatında 5 oyuna çıxıb, 1 qol vurub və 2 məhsuldar ötürmə verib.

Onun komandası UEFA Çempionlar Liqasının 5-ci turunda, noyabrın 25-də Bakıdakı Olimpiya Stadionunda “Sabah”ın qonağı olacaq.

Digər Xəbərlər
Xəbər Lenti